Bakıda pakistanlılar həmyerlilərini soydu

  21 Sentyabr 2019    Oxunub : 951
 Bakıda pakistanlılar həmyerlilərini soydu
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edən 2 Pakistan vətəndaşı sentyabrın 18-də aldadılaraq 3000 ABŞ dolları və 2300 manat pullarının alındığını bildiriblər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən həmyerliləri saxlanılıb.

Azvision.az

Teqlər: DİN   oğurluq