Sentyabrın 20-də saat 19 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Bakı şəhər sakini N.Məmmədov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən paytaxt sakini Yuriy Yelşeviçi vurub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.