Abşeronda maşın, Sabunçuda ev yanıb

Abşeronda maşın, Sabunçuda ev yanıb
  22 Sentyabr 2019    Oxunub:3675
Abşeron rayonunun Masazır qəsəbəsində "Mitsubishi" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli evin yanar konstruksiyaları ev əşyaları 90 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti