Cəlilabadda 8 otaqlı evdə yanğın olub

Cəlilabadda 8 otaqlı evdə yanğın olub
  22 Sentyabr 2019    Oxunub:5185
Cəlilabad rayonunun Cəfərxanlı kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 320 m² olan ikimərtəbəli 8 otaqlı evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 16 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Azvision.az



Teqlər: FHN   Yanğın   Mənzil  





Xəbər lenti