Ağsuda iki avtomobil toqquşub

  22 Sentyabr 2019    Oxunub : 4299
Ağsuda iki avtomobil toqquşub
Ağsu rayonunun Növcü kəndində “VAZ" markalı iki minik avtomobili toqquşub.
Azvision.az xəbər verir ki, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​

Azvision.az

Teqlər: FHN   Ağsu   Qəza