Keçmiş məhkumdan 1 kq-dan artıq heroin götürülüb

Keçmiş məhkumdan 1 kq-dan artıq heroin götürülüb
  23 Sentyabr 2019    Oxunub:2812
Bakı polisi paytaxtda narkotiklərlə mübarizə tədbirlərini davam etdirir.
Bakı şəhər Baş Polis İdarəsindən Azvision.az -a verilən məlumata görə, idarənin Narkotiklə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvəllər məhkum olunan - 1966-ci il təvəllüdlü V.Qəmbərovdan 1 kq. 30 qr. heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: BŞBPİ  





Xəbər lenti