İki qadını maşın vurub öldürdü

  23 Sentyabr 2019    Oxunub : 1569
İki qadını maşın vurub öldürdü
Sentyabrın 21-də saat 6 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini F.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Solmaz Dadaşnamı vurub.
DİN-dən Azvision.az -a verilən məlumata görə, nəticədə qadın xəstəxanaya aparılarkən yolda ölüb. Nəriimanov RPİ tərəfindən araşdırma aparılır.

Digər hadisə Kəpəz rayonunun Nizami prospektində qeydə alınıb. Nizami prospektində Gəncə şəhər sakini N.Mədətov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Süsən Hüseynovanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Piyada   Qəza