Nazirlik ağacın dibini betonlayanı cərimələdi

Nazirlik ağacın dibini betonlayanı cərimələdi
  23 Sentyabr 2019    Oxunub:1603
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonu Badamdar qəsəbəsi İqor Ağayev küçəsi 3 ünvanında ağacın dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında sözügedən ünvana baxış keçrilib.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı Eldar şamı ağacının dibinin betonlandığı və budağının kəsildiyi məlum olub.

Araşdırma zamanı ağacın dibini betonlayan və budağını kəsən şəxsin həmin ünvanda yaşayan Fərdi Mirzəyev olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkar barəsində akt və protokol tərtib olunub və ağacın dibi betondan təmizlənib.

Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti