Bakıda yanğın - Bir nəfər xilas edildi

   Bakıda yanğın    - Bir nəfər xilas edildi
  24 Sentyabr 2019    Oxunub:1724
Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin pilləkən qəfəsində ümumi sahəsi 3 m² olan taxtadan ibarət tikili və içərisindəki əşyalar qismən yanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti