APOEL-“Qəbələ” oyununun hakimləri bilindi

APOEL-“Qəbələ” oyununun hakimləri bilindi
  25 Sentyabr 2019    Oxunub:1524
UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək APOEL (Kipr)-“Qəbələ” oyununun hakimləri açıqlanıb.
Azvision.az xəbər verir ki, matçı qazaxıstanlı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Furkat Atacanov olacaq. Ona Denis Labaşyov və Sergey Kalaçyov kömək edəcəklər. Görüşün dördüncü hakimi yerli assosiasiya təmsilçisi olacaq ki, onun adı hələ dəqiqləşməyib.

Qarşılaşmanın UEFA nümayəndəsi Vasko Doyçinovski (Şimali Makedoniya), hakim-inspektor Xristos Nikolaidis (Kipr) olacaq.

Qeyd edək ki, oktyabrın 2-də Nikosiyadakı “Makarion” stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Azvision.az



Teqlər: APOEL   Qəbələ   Hakim  





Xəbər lenti