Zaqatala çayı Parisdə tanıdılacaq
Festival çərçivəsində ATT nümayəndə heyəti ixrac potensialı böyük olan yerli istehsal məhsulların ixracına dəstək məqsədi ilə müxtəlif görüşlər keçirəcək. ATT nümayəndə heyətinin tərkibində “Zaqatala çayı” istehsalçısının nümayəndəsi də görüşlərdə iştirak edəcək. Bu da qurumun kiçik və orta fermer təsərrüfatı sahiblərinin və yerli qida istehsalçılarının dostu olduğunun bariz nümunəsidir. Belə ki, “Aqrar Tədarük və Təchizat” ASC əsas vəzifələri ilə bərabər, həmçinin nizamnaməsindən irəli gələrək yerli qida istehsalçılarını məhsullarını ixrac etməyə təşviq edir və onların xarici bazarlara çıxmasına yardımçı olur. Bu günə qədər ATT-nin dəstəyi ilə yerli fermerlər Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Ukrayna, Rusiya, Nigeriya kimi ölkələrə məhsul ixrac ediblər.
Qeyd edək ki, “Parisdə beynəlxalq çay kəndi” tədbirinin açılış mərasimi sentyabrın 27-də Parisin 6-cı rayonunun icra hakimi Jan Piyer Lökokun və bir çox siyasi-ictimai xadimin iştirakı ilə keçiriləcək.
Azvision.az