Rövnəq Abdullayev Gürcüstanda Baş nazirlə görüşüb

Rövnəq Abdullayev Gürcüstanda Baş nazirlə görüşüb
  27 Sentyabr 2019    Oxunub:1477
Gürcüstanda səfərdə olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bu ölkənin Baş naziri Giorgi Qaxaria ilə görüş keçirib.
SOCAR-dan Azvision.az -a verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı, SOCAR-ın bu inkişafa verdiyi töhfələr, eləcə də şirkətin Gürcüstandakı kommersiya fəaliyyətinin strateji istiqamətləri müzakirə olunub.

Azvision.az


Teqlər: SOCAR   Gürcüstan  





Xəbər lenti