Xaçmazda 300 kq yararsız ət aşkarlanıb
Rayon sakini Nicəsur Mövsümoba məxsus Qara-qaşlı kənd ərazisində yerləşən fermaya keçirilən baxış zamanı oradan natəmiz vəziyyətdə olan, istifadəyə tam yararsız 300 kiloqramdan artıq çəkidə at əti və kəsim üçün alınmış xəstə atlar aşkar edilərək götürülüb.
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib. Araşdırmalar aparılır.
Azvision.az
Teqlər: DİN