8 ayda 13,5 milyard dollarlıq məhsul ixrac olunub
"Bu ilin avqust ayında qeyri-neft ixracı 144 milyon dollar olub. Bu, isə keçən ilin avqust ayı ilə müqayisədə 15 faiz artım deməkdir.
Bundan əlavə, cari ilin 8 ayında qeyri-neft ixracında ilk üçlükdə pomidor, qızıl və pambıq mahlıcı üstünlük təşkil edib. Ümumilikdə 8 ayda 362 milyon dollar dəyərində meyvə-tərəvəz ixrac olunub.
R.Hüseyn bildirib ki, qeyri-neft məhsulları ən çox Rusiyaya ixrac olunub. Rusiyaya 427 milyon dollarlıq məhsul ixrac olunub ki, bu da ötən ilin müvafiq dövründən 14 faizlik artım deməkdir.
“İkinci yerdə Türkiyə gəlir. cari ilin 8 ayı ərzində bu ölkəyə 279 milyon dollarlıq qeyri-neft məhsulu ixrac olunub. Sonrakı yerlərdə İsveçrə, Gürcüstan, İtalyadır. İlin sonuna kimi qeyri-neft ixracında Rusiya öz liderlik mövqeyini qoruyacaq. İkinci və üçüncü yerlərdə isə Gürcüstan və İtalya olacaq”.
Aytən Zəhra
Azvision.az