Bakıda əcnəbi vətəndaş narkotiklə tutuldu

Bakıda əcnəbi vətəndaş narkotiklə tutuldu
  28 Sentyabr 2019    Oxunub:3006
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayonu ərazisində əvvəllər məhkum olunmuş əcnəbi vətəndaş saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 5 qramdan artıq heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Sabunçu qəsəbəsində yaşadığı evdən isə əlavə olaraq 96 qrama yaxın heroin götürülüb.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti