Depozit hərracının nəticələri açıqlandı

  30 Sentyabr 2019    Oxunub : 986
Depozit hərracının nəticələri açıqlandı
Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
AMB-dən Azvision.az -a verilən məlumata görə, sentyabrın 30-da bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 389,6 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26 faiz təşkil edib.

Azvision.az

Teqlər: AMB   Dollar   Manat   Məzənnə