Kürdəmirdə intiharın qarşısı alındı

  30 Sentyabr 2019    Oxunub : 828
Kürdəmirdə intiharın qarşısı alındı
Kürdəmirdə intihar hadisəsinin qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Kürdəmir rayonunda 1 nəfər dəmir konstruksiyalardan ibarət qurğunun üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Azvision.az

Teqlər: FHN