Ağac kəsən fermerin işi prokurorluğa göndərildi

Ağac kəsən fermerin işi prokurorluğa göndərildi
  30 Sentyabr 2019    Oxunub:1847
"Əkinçi BO Fermer Təsərrüfatı” MMC tərəfindən Ağcabədi rayonunun Harami düzündə aqroparkın yaradılması məqsədilə suvarma sisteminin quraşdırılması zamanı tikinti altına düşəcək ağacların məhv edildiyi aşkar olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, faktla bağlı MMC barəsində ağacların köçürülməsinə aid verilən icazəyə əməl edilmədiyinə görə akt tərtib olunub və təbiətə 37650 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağcabədi Rayon Prokurorluğuna göndərilib.

Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti