“Hər 6 aydan bir dövlət qurumlarından hesabat alırıq” - Nazir müavini

“Hər 6 aydan bir dövlət qurumlarından hesabat alırıq” -  Nazir müavini
  30 Sentyabr 2019    Oxunub:1981
“Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı uğurla icra olunur. Hər 6 aydan bir aidiyyəti dövlət qurumlarından hesabatlar əldə edirik, onları ümumiləşdirib təhlil edirik.
Azvision.az xəbər verir ki, bunu Gənclər və İdman nazirinin müavini İntiqam Babayev “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurasının iclasında deyib.

Onun sözlərinə görə, hər proqramın nəticəsinə görə, növbəti dövlət proqramında hansı istiqamətləri daha da genişləndirməyə ehtiyac olduğu gündəmə gətirilir:

"Bundan əvvəlki dövlət proqramı 68 proqram idisə, hazırki proqram 104 bənddən ibarətdir. Bəndlərin sayı demək olar 2 dəfə artıb. Hər bir proqramın müzakirəsini gənclərlə birgə keçirib, onların fikirlərini nəzərə alırıq. Çünki gələcəkdə proqram icra olunduqda təkcə dövlət qurumları ilə deyil, eyni zamanda gənclərin qeyri-hökumət təşkilatları ilə birgə proqramın icrası ilə məşğul oluruq. Biz gənclərin məşğulluğuna müsbət təsir edə biləcək proqramlar çərçivəsində onların müxtəlif ixtisaslar üzrə kurslarını da təşkil edirik. Tələblərə uyğun olaraq gənclər evinin bazasında müxtəlif ixtisasartırma kursları, dil, kompüter bilikləri, inkişafa yönəlmiş kurslar və s. təşkil olunur".

Aytən Zəhra
Azvision.az


Teqlər: Gənclər   Proqram  





Xəbər lenti