Qeyri-neft sektoru üzrə məhsul istehsalı 2,8 faiz artıb

Qeyri-neft sektoru üzrə məhsul istehsalı 2,8 faiz artıb
  01 Oktyabr 2019    Oxunub:1633
"Son 15 ildə ölkəmizin ümumidaxili məhsul istehslı 3,3 dəfə artıb".
Azvision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

O bildirib ki, qeyri-neft sektoru üzrə məhsul istehsalı 2,8, sənaye məhsulu istehsalı 2,6, qeyri-neft-qaz sənayesi üzrə 2,4 dəfə artıb:

"Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 3 həcmi, tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitlər 4,6 dəfə artıb. Yük daşınması 2,1 dəfə, sərnişin daşınması isə 2,2 dəfə yüksəlib. İnformasiya və rabitə xidmətlərinin həcmi 12,3 dəfə, pərakəndə ticarət dövriyyəsinin həcmi 12,2 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 6,6 dəfə artıb".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: DSK  





Xəbər lenti