Ucarda ana və azyaşlı qızı itkin düşüb - FOTO

Ucarda ana və azyaşlı qızı itkin düşüb -    FOTO
  02 Oktyabr 2019    Oxunub:4724
Ucar rayonunun Qaracallı kənd sakini Samirə Xəlilova qızı Zəhra Xəlilova ilə sentyabrın 10-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Ucar Rayon Polis Şöbəsinə 020-213-00-53 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti