4 il əvvəl törədilən cinayətin üstü açılıb

4 il əvvəl törədilən cinayətin üstü açılıb
  03 Oktyabr 2019    Oxunub:1822
2015-ci il mayın 31-də şəhər sakini V.İbrahimovun evinə talama məqsədilə girmiş 2 nəfər ona və arvadına zor tətbiq edib, səs-küy yarandığından hadisə yerini tərk edib.
Daxili İşlə Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Z.Məmmədyarov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti