Bərdədə iki nəfər yol qəzasında ölüb

Bərdədə iki nəfər yol qəzasında ölüb
  04 Oktyabr 2019    Oxunub:3965
Oktyabrın 3-də saat 1 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində Ağcabədi rayon sakini İ.Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Azvision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət almış sürücü və üç sərnişin xəstəxanaya yerləşdirilib. Sərnişinlərdən Emin Məmmədov və Elgün Kərimov orada ölüb.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Bərdə   Qəza  





Xəbər lenti