Bakıda yanğın: 2 nəfər zəhərlənib, 15 sakin xilas edilib

    Bakıda yanğın:    2 nəfər zəhərlənib, 15 sakin xilas edilib
  04 Oktyabr 2019    Oxunub:2338
Bakı şəhərinin Nizami rayonunda yanğın hadisə qeydə alınıb.
Azvision.az FHN-ə istinadən xəbər verirki, çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 18 m² sahədə yanıb, yüksək temperaturdan mətbəxinin lambirindən ibarət tavanı 12 m² sahədə əriyib.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib (ilkin tibbi yardım göstərilb), 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Bina  





Xəbər lenti