Beyləqanda 14 yaşlı oğlan maşınla üç məktəbli qızı vurub

   Beyləqanda 14 yaşlı oğlan maşınla üç məktəbli qızı vurub
  04 Oktyabr 2019    Oxunub:1840
Beyləqanda məktəbliləri maşın vurub.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 3-ü, saat 13 radələrində rayonun 1-ci Şahsevər kəndi ərazisində qeydə alınıb. 14 yaşlı Vüsal Həsənov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2106” markalı, 49-BA-942 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarı ilə gedən 3 yeniyetmə qızı vurub.

Xəsarət alanlar - 2005-ci il təvəllüdlü Aynur Kərimli, 2005-ci il təvəllüdlü Rəqsanə Cəfərli və 2005-ci il təvəllüdlü Duyğu Ələkbərli Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: Qəza  





Xəbər lenti