Balakən sakinindən tapança götürülüb

Balakən sakinindən tapança götürülüb
  04 Oktyabr 2019    Oxunub:4105
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib və Balakən rayonu Mahamalar kənd sakini Samir Qaracayev saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Zaqatala şəhəri ərazisində saxlanılan S.Qaracayevin üzərindən 1 ədəd tapança silahı aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Silah  





Xəbər lenti