Azərbaycanın tranzit gəlirləri 5 dəfə artacaq
Xatırladaq ki, Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti istifadəyə verildikdən sonra İranın Rusiyaya ixrac etdiyi məhsulların həcmi artıb. Dəmir yolu çəkilməmişdən öncə İran ixrac əməliyyatlarını yük maşınları ilə həyata keçirirdi. Bu isə həm baha başa gəlir, həm də vaxt itkisinə səbəb olurdu. Meyvə tez xarab olan məhsul olduğu üçün bazara tez çatdırılması lazımdır. İran və Azərbaycanı birləşdirən 8 kilometrlik dəmir yolu istismara buraxıldıqdan sonra bu problem aradan qalxıb. İranın Astara gömrüyündən keçməklə məhsul ixracının artması Azərbaycanın tranzit gəlirlərinin də artmasına səbəb olur.
Gələcəkdə Şimal-Cənub Nəqliyyat Dəhlizinin əsas seqmentindən biri olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu tam istifadəyə verildikdən sonra İranın digər vilayətlərindən, eləcə də Cənub-Şərqi Asiya ölkələrindən Rusiya və Avropaya ixrac olunan yüklər də məhz Azərbaycan ərazisindən keçməklə daşınacaq. Hələlik isə yolun Qəzvin-Rəşt hissəsi istismara verilib, Rəşt-Astara hissəsində isə işlər davam edir. Bu yol istismara verildikdən sonra Azərbaycanın tranzit gəlirləri 5 dəfə artacaq.
Azvision.az
Teqlər: İran Yol Gəlir Tranzit