Arvadını bıçaqla qətlə yetirən ər saxlanılıb

  07 Oktyabr 2019    Oxunub : 1124
Arvadını bıçaqla qətlə yetirən ər saxlanılıb
Oktyabrın 6-da saat 18:00 radələrində Biləcəri qəsəbə sakini N.Məmmədov Binəqədi rayonu ərazisində ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Leyla Məmmədovanı bıçaqla qətlə yetirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən N.Məmmədov saxlanılıb. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN