Əkin sahələrinin 77,3 faizi şumlanıb

Əkin sahələrinin 77,3 faizi şumlanıb
  07 Oktyabr 2019    Oxunub:2596
Azərbaycanda payızlıq əkinlər üçün şum prosesi davam edir. Ümumilikdə bu il 1096294 hektar sahədə payızlıq şum proqnozlaşdırılır.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a bildiriblər ki, oktyabrın 7-dək 847586 hektar sahədə şum aparılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 438766 hektar çoxdur. Artıq ölkə üzrə payızlıq əkin üçün proqnozlaşdırılan sahələrin 77,3 faizi şumlanıb.

Ağcabədi, Ağstafa, Füzuli, Qobustan, Oğuz, Salyan və Yevlax rayonlarında payızlıq əkin şumu tam yekunlaşıb, İmişli (94,3%), Astara (93,9%), Xocavənd (93,5%), Şəmkir (91,8%), Qəbələ (91,5%) və Sabirabad (90,6%) rayonlarında şum prosesinin yaxın günlərdə yekunlaşacağı gözlənilir.

Azvision.az



Teqlər: Əkin  





Xəbər lenti