Sabah hökumətlərarası komissiyanın iclası keçiriləcək

Sabah hökumətlərarası komissiyanın iclası keçiriləcək
  08 Oktyabr 2019    Oxunub:2494
Qazaxıstanın Azərbaycandakı yeni səfiri Serjan Abdıkarimov Azərbaycanın energetika naziri, Qazaxıstan-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Pərviz Şahbazovla görüşüb.
Qazaxıstanın Bakıdakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, İqtisadi Əməkdaşlıq üzrə Qazaxıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası ərəfəsində keçirilən görüşdə tərəfləryüksək səviyyədə əldə edilmiş sazişlərin keyfiyyətli şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıblar.

Həmçinin, investisiya, ticarət-iqtisadi əlaqələrin vəziyyəti və perspektivləri, qarşılıqlı maraq doğuran yeni sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Neft və qaz, dəmir yolu nəqliyyatı və tranzit, logistika, taxıl və buğda tədarükü, turizm və bir sıra digər sahələrdəki layihələr də nəzərdən keçirilib.

Qeyd edək ki, komissiyanın iclası sabah, oktyabrın 9-da Bakıda keçiriləcək.

P.Sultanova
Azvision.az



Teqlər: Qazaxıstan   Səfirlik   Komissiya  





Xəbər lenti