Xəzərdə 4 balıqçı itib, axtarışlara helikopter cəlb edilib

  08 Oktyabr 2019    Oxunub : 1897
Xəzərdə 4 balıqçı itib, axtarışlara helikopter cəlb edilib
Bakı şəhərinin Pirallahı rayonunda balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Azvision.az -a verilən məlumata görə, axtarışlara Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

Azvision.az

Teqlər: FHN