Naxçıvanın nəqliyyat sektorunda rekord göstərici

  09 Oktyabr 2019    Oxunub : 1215
Naxçıvanın nəqliyyat sektorunda rekord göstərici
2019-cu ilin yanvar-avqust aylarında muxtar respublikada nəqliyyat sektorunda 10 milyon 809 min 300 ton yük, 69 milyon 936 min 700 nəfər sərnişin daşınıb ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 78,9 və 88,2 faiz çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, yük və sərnişin daşınmasından, bütövlükdə, 38 milyon 680 min 200 manat gəlir əldə olunub. Bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 91,5 faiz çoxdur. Əhali artımına uyğun olaraq muxtar respublikada müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində bu sahəyə 2019-cu ilin yanvar-avqust ayları ərzində 60 milyon 504 min manatdan artıq vəsait yönəldilib.

Azvision.az

Teqlər: Naxçıvan   Nəqliyyat