UEFA-dan azərbaycanlı hakimlərə yeni təyinat
F qrupunda keçiriləcək Farer adaları - Rumıniya matçı oktyabrın 12-də olacaq.
Digər FİFA referimiz Rauf Cabbarov isə 21 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının oyununa təyinat alıb. O, Estoniya və Latviya yığmaları arasında keçiriləcək görüşün baş hakimi olacaq. Cabbarova Namiq Hüseynov və Rza Məmmədov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Estoniya – Latviya matçı oktyabrın 11-də keçiriləcək.
Azvision.az
Teqlər: