Bacı və qardaşını öldürmək istəyən şəxs tutuldu

  11 Oktyabr 2019    Oxunub : 803
Bacı və qardaşını öldürmək istəyən şəxs tutuldu
Xəzər rayonunun Binə qəsəbəsində yaşayan, əvvəllər məhkum olunan İ.Bədəlovla bacısı Aygün və qardaşı Elxan arasında münaqişə baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bu zaman İ.Bədəlov Aygünə xəsarət yetirib, “Kia” markalı avtomobilində hadisə yerini tərk edərkən isə Elxanı vurub.

Xəzər RPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən İ.Bədəlov saxlanılıb.

Aygün və Elxan isə xəstəxanaya yerləşdiriliblər. Faktla əlaqədar cinayət işi başlanıb. Xəzər rayon prokurorluğunda araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN