Oğurluğa görə tutuldu, başqa cinayətləri də üzə çıxdı

  11 Oktyabr 2019    Oxunub : 630
Oğurluğa görə tutuldu, başqa cinayətləri də üzə çıxdı
Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Ə.Əlvəndovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayondakı həyətyanı sahələrin birindən kombi aparatı və su mühərriki, habelə Bakı şəhər sakini olan bir yeniyetmə ilə birgə daha bir həyətyanı sahədən kombi aparatı oğurlaması da müəyyənləşdirilib. Keçirilmiş əməliyyat tədbirləri ilə həmin yeniyetmə də polis əməkdaşları tərəfindən saxlanılıb.

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 9-da rayondakı evlərin birindən 90 manat pul və 5 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş E.Canımov yaxalanıb. Hər iki faktla bağlı araşdırmalar aparılır.

Azvision.az


Teqlər: DİN