Pensiyalar artımlarla birlikdə ödənilib

Pensiyalar artımlarla birlikdə ödənilib
  11 Oktyabr 2019    Oxunub:2331
Naxçıvan Muxtar Respublikasında 2019-cu ilin oktyabr ayının pensiya ödənişi vaxtından əvvəl həyata keçirilib.
Azvision.az xəbər verir ki, əmək pensiyaçılarına pensiyalar plastik bankomat kartları və poçt bölmələri vasitəsi ilə artımla birlikdə ödənilib. Həmçinin əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi təmin edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən 1 oktyabr 2019-cu il tarixdən əmək pensiyalarının minimum məbləği 160 manatdan 200 manata çatdırılıb və muxtar respublika üzrə ümumilikdə 26758 nəfər əmək pensiyaçısının pensiyasında artım olub.

Eyni zamanda, kənd yerlərində yaşayan pensiyaçıların istəkləri nəzərə alınmaqla kənd yerlərində pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi təşkil olunub.

Azvision.az



Teqlər: Naxçıvan   Pensiya  





Xəbər lenti