Usta işləyən 3 qardaşın pulu oğurlanıb

  14 Oktyabr 2019    Oxunub : 937
Usta işləyən 3 qardaşın pulu oğurlanıb
Bakıda oğurluq edən şəxs saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Azvision.az -a verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 13-də Biləcəri qəsəbəsi ərazisindəki evlərin birində usta işləyən Abşeron rayon sakinləri E.İsmayılovun və 2 qardaşının ciblərindən 200 manat oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini R.Məmmədov saxlanılıb.

Azvision.az

Teqlər: Polis