Çavuşoğlu “Barış pınarı”na verdiyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

  14 Oktyabr 2019    Oxunub : 3735
Çavuşoğlu “Barış pınarı”na verdiyi dəstəyə görə Azərbaycana təşəkkür etdi
“Qardaş Azərbaycana “Barış pınarı” əməliyyatına verdiyi dəstəyə görə təşəkkür edirik”.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Bakıda keçirdiyi görüşlə bağlı "Tvitter "səhifəsindəki paylaşımında yazıb.

“Qardaşım Elmar Məmmədyarovla bir araya gəldik. “Barış pınarı” əməliyyatına dəstəyə görə qardaş Azərbaycana təşəkkür edirik. Bir millət iki dövlət anlayışı ilə hər sahədə əməkdaşlığımızı inkişaf etdirməyə davam edəcəyik”.

P.Sultanova
Azvision.az

Teqlər: Çavuşoğlu   Türkiyə   XİN