Energetika naziri vətəndaşları qəbul edib
Energetika naziri vətəndaşlar tərəfindən qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, dövlət qurumları tərəfindən vətəndaşlara lazımi xidmətin göstərilməsi, onların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq, Energetika Nazirliyi vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görür və mütəmadi nazirlikdə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulunu həyata keçirir.
Bununla yanaşı, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu il üzrə şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, Energetika naziri və nazir müavinlərinin hər ay müxtəlif regionlarda vətəndaş qəbulu davam edir.
Azvision.az