Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, Səbail RPİ 8-ci PB, Nəqliyyatda Baş Polis İdarəsi və Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Kia” markalı avtomobilin sürücüsü, Cinayət Məcəlləsinin 263 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə axtarışda olan Gədəbəy rayon sakini Z.Abbasov saxlanılıb.
Azvision.az