Vergilər nazirinin müavini qəbul keçirib

  15 Oktyabr 2019    Oxunub : 728
Vergilər nazirinin müavini qəbul keçirib
Oktyabrın 15-də Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Masallı şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzinin inzibati binasında vətəndaşları qəbul edib. Qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri iştirak ediblər.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Azvision.az -a bildirilib ki, qəbula gələn vətəndaşların müraciətləri, əsasən, vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi, vergilərin hesablanması və ödənilməsi, məcburi sosial sığorta ödəmələri, vergi nəzarəti tədbirlərinin nəticələri, uçot, vergi orqanlarında işlə təminat və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətləri dinlənilib, bəziləri yerindəcə həll olunub, digər məsələlər barədə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Azvision.az

Teqlər: Vergi