Tərtərin kəndi qazsız qalıb

Tərtərin kəndi qazsız qalıb
  15 Oktyabr 2019    Oxunub:1620
Tərtər rayonunun Qaynaq kəndinin bir hissəsinə qazın verilişi dayandırılıb.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, diametri 57 mm olan orta təzyiqli qaz xəttini pambıqyığan kombaynla vuraraq zədələyiblər. Hadisə zamanı kəmərdə qaz sızması baş verib.

Hazırda hadisənin fəsadlarının aradan qaldırılması üçün işlər görülür və sızmanın ləğvi məqsədi ilə müvəqqəti olaraq ərazidə qaz təminatı dayandırılıb.

Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti