Azərbaycanın elektrik enerjisi ixracı artır

  16 Oktyabr 2019    Oxunub : 784
Azərbaycanın elektrik enerjisi ixracı artır
Cari ilin yanvar-sentyabr aylarında ölkədən 1 milyard 455 milyon 380 min kilovat/saat elektrik enerjisi ixrac olunub.
Azvision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac olunan elektrik enerjisinin dəyəri 62 milyon 947 min ABŞ dolları təşkil edib.

Keçən ilin müvafiq dövründə Azərbaycandan 1 milyard 266 milyon 198 min kilovat/saat elektrik enerjisi ixrac edilib, həmin ixracın dəyəri isə 59 milyon 637 min dollar olub.

Azvision.az

Teqlər: DGK   Gömrük   Enerji