Neftin qiyməti ucuzlaşır

  17 Oktyabr 2019    Oxunub : 671
Neftin qiyməti ucuzlaşır
Dünya birjalarında neftin qiyməti ucuzlaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,51 dollar geriləyərək 58,93 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,50 dollar ucuzlaşaraq 52,86 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,69 dollar artaraq 63,61 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft