Rusiya sərhədinədək çəkilən yol gələn il təhvil veriləcək
Onun sözlərinə görə, bu gün yeni yolun 45-ci kilometrdən Giləziyədək – 75-ci kilometrə qədər olan hissəsinin asfalt-beton örtüyü ikiqat olmaqla tikinti işləri yerinə yetirilib. Həmin yolun üzərində bir yol qovşağı tikilib. Ümumi Rusiya sərhədindən isə Bakıya tərəfə olan istiqamətdə 38 kilometr yol asfaltlanıb. Yol yatağı 92 kilometr hissədə tam tikilib.
“Nəzərə alınıb ki, 2020-ci ilin sonuna qədər biz bu yolu istismara təhvil verəcəyik. Sizin tapşırığınıza əsasən o yolda eyni səviyyədə kəsişən heç bir yol qovşağı olmayacaq. Yəni, beş yerdə müxtəlif səviyyəli yol qovşağı olacaq ki, yeni yolu rayon mərkəzləri ilə birləşdirsin”, - deyə S. Məmmədov əlavə edib.
Azvision.az
Teqlər: Yol İlham-Əliyev