Bakıda evdən 13 min dollar oğurlanıb

Bakıda evdən 13 min dollar oğurlanıb
  18 Oktyabr 2019    Oxunub:1706
Suraxanı rayonu ərazisindəki evlərin birindən oğurluq hadisəsi baş verib.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də rayon ərazisindəki evlərin birindən 13.000 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Nəsirov saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti