Şamaxıda qadın soyğunçuluq edib

  18 Oktyabr 2019    Oxunub : 1431
Şamaxıda qadın soyğunçuluq edib
Şamaxı Rayon Polis Şöbəsinə müraciət edən Qobustan rayon sakini X.Nəzərovun oktyabrın 17-də Şamaxı şəhəri ərazisindəki bankomatların birində pulunu çıxarmasına kömək edən şəxsin onun 200 manatını çıxararaq aparmasını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini H.Yadigarlı təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Soyğunçuluq