Bakıda liftdə qalan 6 nəfər xilas edilib

Bakıda liftdə qalan 6 nəfər xilas edilib
  19 Oktyabr 2019    Oxunub:2096
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov, Suraxanı və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 5 müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3-ü azyaşlı olmaqla 6 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az





Teqlər: FHN   Kömək   Lift  





Xəbər lenti