Şirvanda iki qadın itkin düşüb

  19 Oktyabr 2019    Oxunub : 1671
Şirvanda iki qadın itkin düşüb
Şirvan və Hacıqabul sakinləri itkin düşüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Şirvan şəhər sakini Günay Novruzova yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bundan əlavə, Hacıqabul rayon sakini Əslanə Ablıyeva da itkin düşüb. O, oktyabrın 12-də Şirvan şəhərində qonaq gəldiyi evdən çıxaraq bir daha geri qayıtmayıb.

İtkin düşmüş şəxslər barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Azvision.az

Teqlər: DİN   Şirvan   İtkin