Azərbaycanlı Rusiyada iki qızı bıçaqlayıb, biri ölüb

 Azərbaycanlı Rusiyada iki qızı bıçaqlayıb,  biri ölüb
  21 Oktyabr 2019    Oxunub:2003
Rusiyanın Sankt-Peterburq şəhərində iki gənc qız bıçaqlanıb.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, çoxsaylı bıçaq zərbələri alan qızlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Sağ qalan digər gəncin anası cinayəti qızın keçmiş sevgilisi tərəfindən törədildiyini bildirib. Hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb. Onun cinayəti qısqanclıq zəminində törətdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Rusiya   Cinayət   Bıçaq  





Xəbər lenti